Bu avtobusun hərəkət istiqaməti DƏYİŞDİRİLDİ

Cəmiyyət
15:40 / 02.12.2022
14176
31 nömrəli marşrutun hərəkət sxemi üzrə son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdirilib.
Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Qeyd edilib ki, dəyişiklik Səbail rayonu, Badamdar qəsəbəsində aparılan təmir işləri ilə əlaqədardır:
"Təmir işləri yekunlaşdırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə hərəkəti təmin ediləcək".