"Qarant Sığorta"nın lisenziyası ləğv edildi

 
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Qarant Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilib.
Palatadan "Qafqazinfo”ya daxil olan xəbərə görə, "Qarant Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən 25 dekabr 2015-ci il tarixində sığortaçının könüllü ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət daxil olub.
Palata, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyəti üçün verilmiş 23 iyul 2013-cü il tarixli 000950 nömrəli, 955 qeydiyyat nömrəli lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Qarant sığorta ASC könüllü ləğvolunma prosesində olduğundan və şirkətin istehlakçılar qarşısında öhdəliklərin icra olunmasını təmin etmək məqsədi ilə sığorta müqavilələrini (poertfelini) qanunvericilik çərçivəsində "Paşa Sığorta” ASC-yə ötürüb.
Bundan əlavə, Direktorlar Şurasının qərarı ilə "Qala Sığorta” ASC-yə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazə verilib.
Qeyd edək ki, "Qarant Sığorta”nın təsisçisi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...