Mərkəzi Bankın ehtiyatları 8 milyard dollara çatdı - Ən çox artım bu il olub

Mərkəzi Bankın ehtiyatları 8 milyard dollara çatdı - Ən çox artım bu il olub

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi 8 milyard dollara çatıb. 


Sfera.az AMB-yə istinadən xəbər verir ki, noyabrda ehtiyatlar 166 milyon dollardan çox artaraq 7,969 milyard dolları keçib. Yalnız bir ayda ehtiyatların həcmi 2,12 faiz artıb. 


2022-ci ildə ehtiyatların həcmində davamlı artım müşahidə edilib. İlin əvvəlində AMB 7,075 milyard dollar ehtiyata sahib olduğu halda son 11 ayda ehtiyatların həcmi 894 milyon dollardan çox artıb. Bu il ehtiyatların həcmində 12,6 faizdən çox artım qeydə alınıb. 


Xatırladaq ki, AMB sonuncu dəfə belə yüksək ehtiyata 2015-ci ildə sahib idi. Amma sonrakı illərdə ehtiyatlar azalaraq 3,9 milyard dollara qədər azalmışdı.
Bu il ehtiyatların həcminin xeyli artmasına səbəb ölkəmizdə dollara tələbin azalmasıdır. AMB dollara olan tələbi tənzimləmək məqsədilə dollar alışını artırıb, əvəzində dövriyyəyə manat buraxıb. 


Buna görə də son aylarda AMB-nin ehtiyatlarında ciddi artım baş verib. 


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...