Sabiq prezident, keçmiş nazir, məşhur aktyor və... – Azərbaycan 2022-ci ildə kimləri itirdi?

Sabiq prezident, keçmiş nazir, məşhur aktyor və... – Azərbaycan 2022-ci ildə kimləri itirdi?

2022-ci ilin bitməsinə sayılı günlər qalıb. Bu il yaddaşımızda bir sıra mühüm hadisələrlə qalacaq. Təəssüf ki, xoş anlarla yanaşı, bu il itkilərimiz də az olmayıb.

 

Sfera.az 2022-ci ildə dünyasını dəyişmiş tanınmış şəxslərlə bağlı araşdırma aparıb.

 

Bu il ölkəmizdə “ağır itki” kimi qiymətləndirilən hadisələrdən biri Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbovun vəfatı olub. O, ilin elə ilk günündə, yanvarın 1-də axşam saatlarında Moskvada dünyasını dəyişib. 4 yanvar tarixində isə Bakıda, II Fəxri xiyabanda dəfn edilib.

 

Tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat etdi | KONKRET

 

İctimai xadim 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olub. O, 2016-ci ilin oktyabr ayından Prezident təqaüdçüsü idi.

 

Əməkdar artist Novruz Qartal da bu il dünyasını dəyişənlər sırasında yer alıb. O, 8 yanvarda 74 yaşında xərçəng xəstəliyindən vəfat edib. Gəncədə “İmamzadə” ziyarətgahında dəfn edilib.

 

Əməkdar artist Novruz Qartal vəfat edib - AZƏRTAC

 

Novruz Qartal 1947-ci ildə anadan olub. O, 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Çalışdığı illərdə o, özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib, buna görə tamaşaçıların dərin rəğbətini qazanıb. 2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Aktyor bir neçə dəfə Prezident mükafatına layiq görülüb.

 

İtirdiyimiz məşhurlardan biri də Xalq artisti, xanəndə Əlibaba Məmmədovdur. O, 25 fevralda 92 yaşında vəfat edib və Birinci Fəxri Xiyabanda dəfn olunub.

 

Xanəndə Əlibaba Məmmədov vəfat edib

 

Xalq artisti 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. O, 100-dən artıq mahnı və təsniflər yaradib ki, onlar xanəndələrin repertuarlarına daxil edilib. Xanəndə Azərbaycan SSR Əməkdar artisti (18 may 1963), Azərbaycan SSR Xalq artisti (17 may 1989) fəxri adlarına, "Şöhrət" ordeni (4 fevral 2000), "Qızıl çinar" beynəlxalq mükafatı (10 may 2009"), "İstiqlal" ordeni (3 fevral 2010), "Şərəf" ordeni (4 fevral 2020) mükafatlatına layiq görülüb.

 

2022-ci ildə dünyasını dəyişmiş şəxslərdən biri də Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov olub. O, uzun sürən xəstəlikdən sonra 27 mart tarixində, 84 yaşında dünyasını dəyişib. Sabiq prezident Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov necə xatırlanacaq? - BBC News  Azərbaycanca

 

Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. 1992-ci ildən 2012-ci ilə qədər Rusiyanın paytaxtı Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.

 

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov da bu il 19 mayda vəfat edib. 75 yaşında dünyasını dəyişən Əsədov həm də mərhum aktrisa Zemfira Əliyevanın həyat yoldaşı, rejissor, aktyor Rüfət Əsədovun əmisioğludur.

 

Xalq artisti Vaqif Əsədov dəfn edilib - Yenilənib

 

O, 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1978-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 2006-cı ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülüb. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

 

Bu ilin itkilərindən biri də Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəylidir. Aktrisa avqustun 16-ı ABŞ-da 62 yaşında infarktdan dünyasını dəyişib.

 

Bu obrazı ilə sevilmişdi...

 

Sənətçi 6 sentyabrda Kaliforniyanın Westlake Village şəhərindəki “Valley Oaks Memorial Park” məzarlığında dəfn edilib. Firəngiz Rəhimbəyli 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Rəhimbəyli “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirib.

 

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli də bu il dünyasını dəyişib. Sentyabrın 30-da ürək tutmasından vəfat edən məşhur, Bülbülə qəbiristanlığında dəfn olunub.

 

Rəhim Rəhimlinin ölüm səbəbi açıqlandı

 

R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" telekanalının direktoru işləyib. O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.

 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə 6 oktyabr 2022-ci il tarixində onkoloji xəstəlik səbəbi ilə 70 yaşında ölüb. O, Yasamal qəbiristanlığında dəfn edilib.

 

Araz Əlizadə vəfat etdi

 

Araz Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində doğulub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991-ci ildə Azərbaycan Respublikasının "Respublika Müdafiə Şurası"nın üzvü seçilib. V Çağırış Milli Məclisin deputatı olub.

 

Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova bu il 9 oktyabrda dünyasını dəyişib. Bəstəkar Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn edilib.

 

Ruhəngiz Qasımova vəfat edib

 

Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.

 

Əməkdar artist, xanəndə Süleyman Abdullayev də bu il vəfat edənlər sırasındadır. O, 23 oktyabrda şəkər xəstəliyindən vəfat edib və Müşfiqabad qəbiristanlığında dəfn olunub.

 

Xanəndə Süleyman Abdullayev vəfat edib - AZƏRTAC

 

Dədə Süleyman kimi tanınan xanəndə 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Onun ifasında "Segah", "Dəşti", "Çahargah", “Şur” muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olub.

 

Sabiq vergilər naziri Fazil Məmmədov bu il 4 noyabrda Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.

 

Fazil Məmmədov nə qədər sərvət qoyub getdi?.. - Video

 

O, 5 noyabrda Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Məmmədov 1964-cü ildə anadan olub. 2000-2017-ci illər ərzində Azərbaycanın vergilər naziri postunu tutub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...