Erməni qadından ETİRAF: "Qayınatam Qarabağda hamilə azərbaycanlı qadınları işgəncə ilə öldürüb" - VİDEO

Erməni qadından ETİRAF:

Son günlər sosial şəbəkələrdə Ukraynanın "CTB" telekanalında yayımlanan “Можливо все” (Hər şey mümkündür – red.) proqramının 2018-ci ildə efirə gedən növbəti verilişinə aid kadrlar yayımlanıb. Həmin kadrlarda I Qarabağ müharibəsində erməni silahlı birləşmələrinin dinc azərbaycanlılara qarşı necə vəhşiliklərin törədilməsi ilə bağlı bəzi etiraflar səsələndirilib. 


Sfera.az xəbər verir ki, verilişdə iştirak edən Qarabağdan olan erməni qadın ekstrasensin suallarını cavablandırıb. Ekstrasens qadına “sizin qohumunuz manyak idimi? sualını verib, daha sonra isə "onun boynunda onlarla insanın qanı var” söyləyib.

 

Erməni qadın isə cavabında "Qayınatam Qarabağ müharibəsində iştirak etmişdi və hamilə olanda mənə müharibə vaxtı hamilə qadınları işgəncə ilə necə öldürdüyünü danışırdı”, - deyib. Qadın həmçinin qayınatasının bununla fəxr etdiyini bildirib.


Verilişdə qadının anası da iştirak edib. O da qızının dediklərini təsdiqləyərək qudasının müharibə qəhrəmanı olduğunu, azərbaycanlıları necə öldürdüklərini, hamilə qadınların qulaqlarını kəsməklə necə işgəncə vermələrindən danışdığını qeyd edib.


Verilişdə səsləndirilən fikirləri bu videodan izləyə bilərsiniz:

 


Orxan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...