Podolyak Ukraynanın “dövlət sirri”ni AÇDI 

Podolyak Ukraynanın “dövlət sirri”ni AÇDI 

Ukraynanın “dövlət sirri” kimi saxladığı məlumatlar ortaya çıxıb.

 

Sfera.az bildirir ki, bir müddət əvvəl "ölkənin müharibədəki itkiləri dövlət sirridir", deyən Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın açıqlamasına zidd addım atılıb.

 

Belə ki, Zelenskinin müşaviri Mixaylo Podolyak Ukraynanın müharibə itkilərini açıqlayıb. Onun sözlərinə görə, müharibədə həlak olan ukraynalı əsgərlərin sayı 10-13 min arasındadır. Ukrayna ordusu isə bu rəqəmi təsdiqləməyib.

 

Ukrayna liderinin “sağ əli” kimi də tanınan Podalyak bundan öncə, iyun ayında verdiyi açıqlamada müharibədə hər gün 100-200 əsgərin həlak olduğunu bildirmişdi.

 

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Baş Qərargah rəisi, general Mark Milley savaşda təxminən 100 min rus və 100 min ukraynalı əsgərin öldüyünü və ya yaralandığını təxmin etdiklərini söyləyib. Moskvanın hərbi itkilərlə bağlı yekun bəyanatı isə sentyabrda verilib. Kreml ölən əsgərlərin sayını 5937 nəfər olaraq açıqlayıb. Bu açıqlamadan sonra Rusiyadakı hərbi itkilərlə bağlı heç bir yenilik olmayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...