DİN Şuşada ölümlə nəticələnən qəza ilə bağlı MƏLUMAT YAYDI

DİN Şuşada ölümlə nəticələnən qəza ilə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) Şuşada ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.

 

Nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.

 

Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR