Ötən ay BU ƏRAZİLƏRDƏ 1126 mina aşkarlandı

Cəmiyyət
10:18 / 02.12.2022
8595
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.
ANAMA-dan Sfera.az-a bildirilib ki, noyabrın 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina və 1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.