Nazirlərin maaşı azaldıldı

Nazirlərin maaşı azaldıldı

 

 
 
Səudiyyə kralı Salman ibn Əbdül-Əziz dövlət qulluqçularının maaşlarını azaldıb, eləcə də, nazirlərin maaşlarını 20 faiz kəsib. Sfera.az xəbər verir ki, o, bunu sərt qənaət tədbirləri çərçivəsində edib. Kralın fərmanına əsasən, Krallığın qanunverici orqanı sayılan Məclis əş-Şuranın 160 nəfərlik tərkibi 15 faiz azaldılacaq. Səudiyyə hakimiyyəti, xüsusilə məmurlar üçün sərf olunan mənzil, mebel və şəxsi nəqliyyat xərclərini azaldacaq. Ər-Riyad görüləcək bu tədbirlər nəticəsində nə qədər pula qənaət olunacağını açıqlamayıb. Xəbərə görə, 2014-cü ildən başlayaraq neftin qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində Krallığın büdcə kəsiri rekord həddə çatıb.

OXŞAR XƏBƏRLƏR