Keçmiş deputatın yaxtasına basqın edildi - Gizli araşdırma

Keçmiş deputatın yaxtasına basqın edildi - Gizli araşdırma

Xorvatiya Split Rayon Məhkəməsinin göstərişi ilə “Həyat naminə Müxalifət Platforması”ndan olan keçmiş Ukraynalı deputat Viktor Medvedçuka məxsus 92 metrlik “Royal Romance” yaxtasında axtarış aparılıb.

 

Sfera.az bildirir ki, bu barədə Xorvatiyanın “Jutarnji List” qəzeti məlumat yayıb.
 

Split Rayon Məhkəməsinin hakimi Dinko Meşinin sözlərinə görə, gəmidə axtarış on gün əvvəl ABŞ hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilib. Müvafiq order 2022-ci il noyabrın 15-də ABŞ Ədliyyə Nazirliyinin tələbi ilə verilib.
 

Nəşr qeyd edir ki, prosedur ən ciddi məxfilik şəraitində baş tutub. Bununla bağlı hakim Meşin jurnalistlərə ətraflı məlumat verməyib. Bildirilir ki, axtarışda Viktor Medvedçukun, eləcə də onun həyat yoldaşı Oksana Marçenkonun adı var.
 

Siyasətçi və onun həyat yoldaşına qarşı Vaşinqton federal qanunları pozduqlarına görə cinayət işi açılıb. Viktor Medvedçuk və Oksana Marçenko çirkli pulların yuyulmasında ittiham olunurlar.
 

Bəs “Royal Romance” yaxtası haqqında nə məlumdur?
 

“Royal Romance” yaxtası “Feadship” gəmiqayırma şirkəti tərəfindən tikilib. Gəminin interyeri Seymur Diamond tərəfindən hazırlanmışdır. “Royal Romance” iki 3004 at gücündə MTU dizel mühərriki ilə təchiz edilmişdir. Ümumilikdə, yaxtada eyni vaxtda 14 qonaq və 22 ekipaj üzvü ola bilər. Viktor Medvedçuk gəmini 2015-ci ilin iyulunda qəbul edib.
 

Xatırladaq ki, Viktor Medvedçuka məxsus “Royal Romance” lüks yaxtası Xorvatiyanın Riyeka şəhərinin limanında Putinə yaxın rus oliqarxlarına qarşı Aİ sanksiyaları çərçivəsində saxlanılıb. 92 metrlik bir gəminin dəyəri 180 milyon dollar ətrafında dəyişir.
 

Qeyd edək ki, keçmiş deputat Viktor Medvedçuk Rusiya prezidenti Vladimir Putinin xahişi ilə Rusiya tərəfindən Ukrayna hərbçiləri ilə dəyişdirilib. Ankara burada vasitəçi kimi çıxış edib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Medvedçukun Rusiyaya getdiyini qeyd edib.


Daha sonra “Həyat Naminə Müxalifət Platformasının” keçmiş lideri həyat yoldaşı Oksana Marçenko ilə Yalta sahilindəki müəssisələrdən birində görüntülənib. Medvedçuk Qafqaz və Avropa mətbəxinin "On top" restoranında şam yeməyi zamanı fotosessiyaya çəkilib.

 

Aysel

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...