Saxta koronavirus - Həkimlər rusları necə aldatdı?

Saxta koronavirus - Həkimlər rusları necə aldatdı?

Rus qoşunları Xersonu işğal edərkən Afanasi və Olqa Tropin adına xəstəxananı nəzarətə götürməyə çalışıblar.



Sfera.az xarici mətbuata istinadən bildirir ki, bunun qarşısını almaq üçün həkimlər Covid-19 epidemiyasını saxtalaşdırıblar.



“The wall street”in məlumatına görə, rus işğalçıları baş həkim Leonid Remiqaya Ukraynanın dövlət bayrağını girişdən götürməyi əmr edib. Lakin baş həkim bundan imtina edib.


Həkim işğalçılara “İstəsəniz məni vura bilərsiniz, amma mən bunu etməyəcəyəm” - deyib.
 

Rus əsgərlərinin isə ilk dəfə təkid etmədən getdikləri bildirilir. Lakin daha sonra iki həkim saxlanılıb və Xerson ərazisində Ukrayna simvolları qadağan edilib. Tropin xəstəxanasının həkimləri avadanlığı gizlədiblər və həmçinin Ukrayna xüsusi xidmət orqanlarının xeyrinə ruslara casusluq etməyə başlayıblar.
 

Rus qoşunları Tropin xəstəxanasını hərbi xəstəxanaya çevirməyə, həkimləri yaralılarını müalicə etməyə məcbur etməyə çalışıblar. Sonra baş həkim Remiqanın özü taun əleyhinə kostyumda onların yanına çıxıb və xəstəxanada koronavirus epidemiyası olduğu üçün rusların içəri girməsinə icazə verilmədiyini bildirib.

 

Xəstəxananın divarlarında işçilər təhlükəli infeksiyalar barədə xəbərdarlıqlar yazıblar. Məlumata görə, bu hiylə işə yarayıb və rus əsgərlər qısa müddətə ərazini tərk ediblər.
 

Lakin zaman keçdikcə, həkimlər yaralı rusları və mülki şəxsləri müalicə etməli olublar. İşğalçılar baş həkim Remiqanı ələ keçirməyə çalışıblar. O, xəstəxanada tükəndiyi üçün Ukrayna xüsusi xidmət agentləri kimi zənn etdiyi adamlardan insulin istəməli olub.
 

İşğalçılar Remiqanın onlarla əməkdaşlıq etməkdən imtina etdiyini başa düşdükdə onu qovub. Bunun əvəzinə, İrina Sviridova baş həkim təyin edilib.
 

İşğalçılar Remiqanı saxlayıblar. Həkim bir neçə gün dostu ilə gizlənib, lakin sonda onu tutub “arzuolunmazları” saxladığı üçün kameraya salıblar. Remiqanın sözlərinə görə, o və digər məhbuslar "Rusiyaya şöhrət. Putinə şöhrət"-deməyə məcbur edilib. İmtina edənlərə isə döyülməklə işgəncələr verilib.
 

Həkimin dediyinə görə, o, bir həftəlik həbsdən sonra yaşı 68-i keçdiyi üçün sərbəst buraxılıb. Ukrayna qoşunları Xersonu azad edəndə o, yenidən baş həkim vəzifəsinə təyin edilib. İrina Sviridova şəhəri tərk edərək Rusiyanın işğal etdiyi ərazilərə gedib.


Athanasius və Olga Tropin Xəstəxanası

Qeyd edək ki, “Afanasius” və “Tropin” Xəstəxanası çoxşaxəli şəhər xəstəxanasıdır. Tropin xəstəxanası 2008-ci ildə “Unicef” Beynəlxalq Uşaq Fondunun qiymətləndirmə komitəsi tərəfindən “Uşaq Dostu Xəstəxana” statusuna uyğunluq üzrə akkreditasiya olunub. Xəstəxana 1914-cü ildə yaradılıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...