Bəşəriyyəti gözləyən BÖYÜK TƏHLÜKƏ: 50 min illik virus oyanır… 

Bəşəriyyəti gözləyən BÖYÜK TƏHLÜKƏ: 50 min illik virus oyanır… 

Rusiyadakı göldən 50 min ildir donmuş, “zombi virusu” adlı naməlum, qədim infeksiya çıxarılıb.

 

Sfera.az bildirir ki, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin mikrobioloqu Jan-Mari Alempikin rəhbərlik etdiyi bu tədqiqat son günlər müzakirə obyektinə çevrilib. Tədqiqat hələ nəzərdən keçirilməsə də, sözügedən virusun insanlar, heyvanlar və bitkilər üçün fəlakətli nəticələrinin ola biləcəyi irəli sürülüb.

 

Dərc edilmiş ilkin məlumatlara görə, qlobal istiləşmə şimal yarımkürəsindəki donmuş torpaqlarda buzların əriməsinə səbəb olub. Bu isə, potensial zərərli patogenlər də daxil olmaqla, milyon illik dondurulmuş üzvi maddələrin səthə çıxacağı ilə bağlı narahatlıq yaradıb.

 

Tədqiqatçıların fikrincə, əmələ gələn üzvi maddələrin bir hissəsi həm də tarixdən əvvəlki dövrlərdən bəri hərəkətsiz vəziyyətdə olan canlanmış hüceyrə mikroblarından və viruslardan ibarətdir.

 

“Aix-Marsel” universitetinin professoru Cin Maykl Klaver 2014 və 2015-ci illərdəki araşdırmalardan sonra donmuş bölgələrdə canlı viruslarla bağlı əhəmiyyətli inkişaflar olduğunu açıqlayıb. O, tədqiqat qrupunun tapıntılarından sonra “zombi virusları”nın xalq sağlamlığı üçün təhlükə olmadığına dair yanlış təsəvvür yarandığını müdafiə edib. Tədqiqatçılar donmuş bölgələrdən çıxarılan orqanizmləri öyrənmək üçün bəzi "zombi viruslarını" canlandırıblar.

 

Bu viruslardan birinə “Pandoravirus” adı verilib və onun təxminən 48,500 yaşı olduğu bildirilib. Bu, başqa orqanizmlərə yoluxma potensialı olan yenidən oyanmış bir virus üçün rekord yaşdır. “Pandoravirus” Rusiyanın Yakutiyada Yukeçi Alas gölünün dibində aşkar edilib. Digərləri isə mamontun tükündən tutmuş Sibir canavarının bağırsaqlarına qədər hər şeydə tapılıb. Xatırladaq ki, eyni komanda 2013-cü ildə Sibirdə 30.000 illik virus da aşkar etmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...