Lukaşenkodan Ukrayna AÇIQLAMASI: "NATO-nu..."

Lukaşenkodan Ukrayna AÇIQLAMASI:

“Ukrayna istənilən bəhanə ilə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır”.

 

Sfera.az bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

Onun sözlərinə görə, ölkənin hüquq-mühafizə orqanları da Belarus dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edib. “Bütün bunları Polşa ərazisinə son raket hücumları da təsdiqləyir. İndiyə qədər biz potensial rəqibin Belarusa qarşı hərbi güc tətbiq etməsinin qarşısını ala bilmişik. Buna baxmayaraq, ölkəyə qarşı birbaşa təcavüzə hazırlığı göstərən işarələri daim izləmək, görmək və qaçırmamaq lazımdır”.

 

Lukaşenkonun sözlərinə görə, Qərb dövlətləri öz silahlı qüvvələrinin hərbi potensialını gücləndirməkdə, qonşu dövlətlərin ərazisində infrastrukturu müasirləşdirməkdə, əməliyyat və döyüş hazırlığı fəaliyyətinin intensivliyini artırmaqda davam edirlər. “Bütün bunlar ölkəmizin ətrafında və bütövlükdə regionda onsuz da mürəkkəb olan hərbi-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarır”, - deyə o bildirib. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...