Avropada qaz yenidən bahalaşır – YENİ QİYMƏTLƏR
İqtisadiyyat
13:14 / 01.12.2022
7013
Avropada qazın qiyməti oktyabrın 13-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 1700 dolları ötüb.
Sfera.az xəbər verir ki, Londonun ICE birjasında qaz fyuçerslərinin dəyəri 13 oktyabrdan bəri ilk dəfə olaraq bu həddə yüksəlib.
Yeni fyuçer razılaşmalarına əsasən, qiymətlər 9% artaraq 1707 dollar olub.
Xatırladaq ki, noyabrın 30-da qazın qiyməti 1500 dolları ötüb.
Qeyd edək ki, noyabrın 22-də Avropa Komissiyası təbii qaz qiymətlərinə 3 min dollar səviyyəsində məhdudiyyət tətbiq etməyi təklif edib. Məhdudiyyət mexanizmi noyabrın 24-də Avropa İttifaqında ilkin olaraq razılaşdırılıb.
Mexanizmə görə qiymətlər 3000 min dolları ötərsə, qiymətlərin daha da artmasına məhdudiyyət tətbiq ediləcək.
Vasif
Sfera.az