Putinin “futbol xuliqanları”ndan ibarət yeni ordusu İFŞA EDİLDİ

Putinin “futbol xuliqanları”ndan ibarət yeni ordusu İFŞA EDİLDİ

Rusiya prezidenti Vladimir Putinin “yeni ordusu” ifşa edilib.

 

Sfera.az bildirir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Məlum olub ki, cəbhədə böyük itkilər verən rus ordusu futbol xuliqanlarından ibarət yeni ordu formalaşdırıb.

 

Paytaxt Moskvadan 200 kilometr kənarda yerləşən Tuladan görüntülər isə sosial mediada və Rusiyanın yerli mətbuatında yer alıb. Qəzetin xəbərinə əsasən, görüntülərdə yeni əsgərlərin döyüş üçün təlim keçdiyi görünüb.

 

Qeyd olunub ki, “FC Tula Arsenal” klubunda oynayan futbol xuliqanları Rusiyanın Tula şəhərindəki 106-cı hava-desant diviziyasında məşq edir.

 

Bu görüntülər qısa zamanda dünya gündəmində səs-küy yaradıb. Paralel olaraq isə Rusiyadan NATO-ya təhdid dolu xəbərdarlıq gəlib. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev alyansın Ukraynaya “Patriot” raket batareyaları tədarük edəcəyi halda, NATO-nun Rusiya ordusunun hədəfinə çevriləcəyini açıqlayıb.

 

“Əgər NATO Kiyevdəki fanatiklərə şəxsi heyəti və “Patriot” sistemini göndərsə, onlar dərhal silahlı qüvvələrimizin hədəfinə çevriləcək”, - Mevvedev söyləyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...