Naxçıvanın muxtar statusunun ləğvi mümkündür? – Ekspertdən İZAH

Naxçıvanın muxtar statusunun ləğvi mümkündür? – Ekspertdən İZAH

Naxçıvan Muxtar Respublikasının muxtar statusunun ləğvi aktuallaşıb.

Maraqlıdır, qanunvericiliklə bu məsələnin icrası mümkündürmü?

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov muxtar statusun ləğv edilməsinin çətin məsələ olduğunu, lakin bunun mümkünsüz olmadığını bildirib:

 

"Naxçıvanın muxtariyyət statusu 1921-ci ildə bağlanmış Qars müqaviləsilə təsbit edilib. Bu müqavilə Türkiyəyə Naxçıvan ərazisinə Azərbaycan ordusundan başqa bir ordunun daxil olması halında, Naxçıvanın təhlükəsizliyini özü üzərinə götürmək hüququ verib. Bundan sonrakı proseslərdə də bütün hüquqi bazalar buna uyğun formalaşdırılıb. Konstitutsiyamızın yüzə yaxın müddəasında Naxçıvan muxtar statusda təsbit olunub. Bir fəsil və 7 maddə isə tam olaraq Naxçıvan MR-ə həsr edilib. Eyni zamanda Naxçıvan MR-nın öz konstitusiyası var. Bu konstitusiya Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilib. Lakin bu demək deyil ki, Muxtar Respublika statusu ləğv edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin birinci bəndində aydın qeyd edilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır".

 

Ekspert unitar ölkədə olan xüsusiyyətləri belə sıralayıb:

 

"Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya

 

Ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası

 

Yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi

 

Bələdiyyə orqanlarının ümumdövlət hakimiyyət orqanlarına tabe edilməsi.

 

Bir sözlə, Naxçıvanın Muxtar statusunun ləğv edilərək Azərbaycanın digər ərazi vahidləri kimi eyni status alması asan proses olmasa da, amma mümkündür. Hesab edirəm ki, bir çox aspektlərdə, o cümlədən iqtisadi baxımdan bu bölgənin inkişafı üçün müəyyən qərarların qəbul edilməsinə ciddi ehtiyac var. Bu bölgənin ciddi xammal ehtiyatları, eləcə də heç bir bölgəmizdə olmadığı qədər üstün coğrafi mövqeyə sahib olması ona inkişaf üçün müstəsna imkanlar yaradır. Hər halda bu imkanlar muxtarlığın iqtisadi prizmada nəticəsini az da olsa, ortaya qoymalı idi. Əgər qoymadısa, deməli, yeni mexanizmlərin yaradılmasına ehtiyac var".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...