Tarixinin Ən Maraqlı və Qorxulu Mumiya Hekayəsi - Con Torrinqton + FOTOLAR

Tarixinin Ən Maraqlı və Qorxulu Mumiya Hekayəsi - Con Torrinqton + FOTOLAR

Təxminən 183 il əvvəl İngiltərədən iki gəmi yola düşüb və bir daha geri qayıtmayıb. Bu gün "Fraklinin itirilmiş səyahəti" kimi tanınan bu hadisə, keçən bu qədər vaxta baxmayaraq, sirr olaraq qalır...

 

Sfera.az tarixə “Con Torrington hadisəsi” olaraq keçmiş hadisə haqqında yazı təqdim edir.

 

Hekayə Britaniya donanmasının zabiti, çoxlu müvəffəqiyyətlər əldə etmiş arktik tədqiqatçı ser Con Franklinin yeni bir missiyaya başlaması ilə başlayır.

 

 

1845-ci ilin bir səhəri 134 nəfərlik ekipaj HMS Erebus və HMS Terror gəmiləri ilə İngiltərənin Qrinhit limanından yola düşüb. Dövrün ən yeni texnologiyaları ilə təchiz edilmiş gəmilər bu uzun ekspedisiya üçün tam heyətlə üç il davam edəcək ehtiyatlarla təmin olunub. Ekspedisiyanın ilk üç ayı ərzində 5 nəfər komandadan çıxarılaraq evə göndərilib, 129 nəfər qalıb.

 

Məhz bu nöqtədən sonra hadisələr bu günə qədər sirr olaraq qalır.

 

 

Bu illər ərzində çoxlu müzakirələr, çoxlu fikirlər olub, lakin əksər tədqiqatçılar gəmilərin qütbdə buzda ilişib qaldığını düşünürlər. 1850-ci ildə Amerika və İngilis tədqiqatçıları tərəfindən ekspedisiya yerində qazılmış üç məzar Franklinin komandasının yeganə sübutudur. 1854-cü ildə şotlandiyalı tədqiqatçı Con Rae ərazidə yaşayan eskimosları taparaq ekipajın başına gələnləri anlamağa çalışır. Bir müddət sonra Rae yerli əhalinin Franklinin komandasına aid bəzi əşyalara sahib olduğunu görür və insan sümüklərinin harada tapıldığını Eskimoslardan öyrənir. Tapdığı sümüklərin çoxu qırılmış və zədələnmiş olduğundan, Rae komandanın adamyeyənlər tərəfindən öldürüldüyü qənaətinə gəlir.

 

 

1980-90-cı illərdə aparılan tədqiqatlar adamyeyənliyin mümkünlüyünü təsdiqləyir, lakin bunu edən yerli sakinlər deyildi. Çünki tapılan sümüklərin üzərində bıçaq izləri var ki, bu da ekipajın öz içindəki aclıqlarını doyurmaq üçün yoldaşlarının ətini yediyini göstərir. Ölümündən 138 il sonra tapılan Con Torrinqtonun cəsədi isə hadisələrə çox fərqli bir cəhət qatıb. 1984-cü ildə antropoloq Owen Beattie Torrinqtonun cəsədini aşkar etdikdə, cəsədin mükəmməl şəkildə qorunduğunu görərək, ekipajın başına gələnləri araşdırmağa başlayıb.

 

 

Torrinqtonun baş ucunda həkk olunmuş bir lövhə tapılıb. Bu lövhədə deyilirdi ki, Torrinqton 1846-cı il yanvarın 1-də vəfat edəndə cəmi 20 yaşında idi. Torrinqton boz rəngli pambıq köynəkdə və kətan şalvarda, 138 ildən sonra gözləri hələ də təravətli olan taxta üstündə bağlanmışdı. Torrinqton üzərində aparılan yarılma gəncin qırxılmış üz və uzun qəhvəyi saçları olduğunu göstərir. Yarılma zamanı gəncin heç bir travma və ya xəsarət izi olmadığı da məlum olub. Beyində aşkar edilən avtoliz, ölümdən sonra Torrinqtonun bədəninin isti saxlanıldığını göstərir. Boyu 1,65 metr, çəkisi isə cəmi 40 kiloqram olan Torrinqton bu gün də Biçi adasında yatır və ölüm səbəbinin qida çatışmazlığı olduğu düşünülür.

 

Digər iddia isə gəncin qurğuşundan zəhərlənərək öldüyüdür, ancaq ölümün dəqiq səbəbi məlum deyil. Bu ekspedisiyada Torrinqton da daxil olmaqla 129 nəfər həyatını itirib. Gəmilərdən biri 2014-cü ildə, digəri isə 2016-cı ildə tapılıb. Torrinqtonun və yanında yatan iki nəfər-Con Hartnel və Uilyam Braynin cəsədləri çıxarılıb və məzarları öldükləri adada düzəldilib. Bu sirli ekspedisiyada həyatını itirən üç kişi bu gün də Biçi adasında donmuş vəziyyətdə yatmağa davam edir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Slovakiyada məktəb qətliamı azı iki nəfərin ölümü ilə nəticələnib

Bu gün Slovakiyanın Spiska Stara Ves şəhərində məktəbdə qətliam baş verib. Dərs zamanı 18 yaşlı oğlan bıçaqla müəllimə və iki sinif yoldaşına hücum edib. Ən azı...

Fransa Suriya ilə bağlı konfrans keçirəcək

Fransa fevralın 13-də Parisdə Suriyadakı vəziyyətlə bağlı konfrans keçirməyi planlaşdırır. Sfera.az bildirir ki, bu barədə Reuetrs məlumat yayıb. "...

Bloqqer müalicəsinə pul yığmaq üçün uşağına narkotik verdi

Avstraliyada bir bloqqer ianə toplamaq və izləyici sayını artırmaq üçün bir yaşlı qızını zəhərlədiyinə görə mühakimə olunacaq. Sfera.az bildirir ki, körpə ağ...

Ona Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?

Braziliya məhkəməsi keçmiş prezidentə Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?   Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jai...

Qəzzada atəşkəs sazişi imzalandı

HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.   ...

FHN Sumqayıtdakı ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat dax...