Müğənni Nurlanın düşdüyü acınacaqlı VƏZİYYƏT - VİDEO

Müğənni Nurlanın düşdüyü acınacaqlı VƏZİYYƏT - VİDEO

Bu gün bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya günü-gündən daha geniş kütləni ağuşuna alır.

 

Sfera.az xəbər verir ki, 2012-ci ildən Youtube kanalı açan bloger Nail Kəmərli uzun müddətdir "Ağ ölüm" adlandırılan bəlanın qurbanlarını çəkib cəmiyyətə təqdim etməklə məşğuldur.

 

Bloger çəkdiyi videolar vasitəsi ilə həm cəmiyyəti maarifləndirdiyi, həm də narkotik qurbanlarını cəmiyyətə təqdim etməklə bu yola addım atanları yolundan döndərə biləcəyini qeyd edir.

 

Nail Kəmərlinin sonuncu videosunun qəhrəmanı isə bütün hər kəsi kədərləndirib. Bir zamanlar maddi durumu normal olan, müğənni kimi fəaliyyət göstərib nailiyyətlər əldə edən Nurlan yaşadığı şərait, düşdüyü vəziyyəti izah edərək müalicə olunmaq istədiyini bildirir.

 

Verilişin tam məzmunu ilə aşağıda verilmiş link vasitəsilə tanış ola bilərsiniz.

 

Sonda onu da qeyd edək ki, “ağ ölüm”dən qurtulmağın müxtəlif yolları vardır. Burada cəmiyyət olaraq hər kəsin üzərinə sosial vəzifə düşür. Gəncləri, uşaqları bu bəladan uzaq tutmaq, onlarla “ağ ölüm”ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək lazımdır. Nurlana isə sağalıb, yenidən uğurları ilə gənclərə nümunə olmağı arzu edirik.

 

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...