Polis Elza Seyidcahanın maşınını əlindən aldı - AÇIQLAMA

Polis Elza Seyidcahanın maşınını əlindən aldı - AÇIQLAMA

Əməkdar artist Elza Seyidcahanın maşını cərimə meydançasına aparılıb.

 

Sfera.az xəbər verir ki, müğənni Lent.az-a açıqlamasında bu faktı təsdiqləyib.

 

O bildirib ki, vaxtında cəriməni ödəmədiyi üçün maşını hələ də cərimə meydançasındadır:

 

“Bu gün səhər verilişə gedirdim. Maşınımı cərimə meydançasına apardılar. Cəriməm var idi, vaxtında ödəmədiyimdən üst-üstə yığılır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Amma bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik”.

 

Qeyd edək ki, Elza Seyidcahan mətbuata açıqlamasında bildirib ki, onun 5 min manata yaxın cəriməsi var və maddi səbəblərə görə ödəyə bilmir.


OXŞAR XƏBƏRLƏR