Banklar dollarla olan kreditləri azaldır – Bu risklər ehtiyatlı olmağa vadar edir

Banklar dollarla olan kreditləri azaldır – Bu risklər ehtiyatlı olmağa vadar edir

Azərbaycanda kredit qoyuluşunun həcmində artım müşahidə edildiyi halda xarici valyutada verilən kreditlərdə azalma baş verir. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin noyabrın 1-ə olan məlumata görə, fiziki və hüquqi şəxslərin banklara və qeyri-bank təşkilatlarına 4,502 milyard manat dəyərində xarici valyutada kredit borcu var idi. Bu ilin noyabrın 1-də xarici valyutada olan kredit borcu 144 milyon manat azalaraq 4,358 milyard manat olub. 


Xarici valyutada olan kreditlərin azalması bankların kredit qoyuluşundakı azalma ilə bağlıdır. Son bir ildə banklara xarici valyutada olan kredit borcu 151 milyon manatdan çox azalaraq 4296 milyon manat təşkil edib. 


Bank olmayan kredit təşkilatlarında isə əksinə xarici valyutada olan kreditlər 6,5 milyon manat artaraq 61,6 milyon manata çatıb. 


Məlumatlardan görünür ki, banklar uzunmüddətli (1 ildən artıq) dövrə xarici valyutada kredit verməkdə maraqlı deyil. Məhz bu səbəbdən son bir ildə xarici valyutada verilən uzunmüddətli kreditlər xeyli azaldılıb. Son bir ildə xarici valyutada uzunmüddətli kredit borcu 8,25 faiz azaldılaraq 3,217 milyard manat olub.


Qısa müddətə verilən kreditlər isə əksinə artıb. Bir ildə banklar xarici valyutada olan qısamüddətli kredit borclarını 941 milyon manatdan 1,079 milyard manata çatdırıb. 


Qeyd edək ki, xarici valyutada verilən kreditlərin mütləq əksəriyyətini ABŞ dollarında verilən kreditlər təşkil edir. Görünür, banklar uzun müddətdə yarana biləcək riskləri, xüsusən də məzənnə dəyişikliyini nəzərə alaraq dollarla uzunmüddətli kreditləri artırmaqdan çəkinir. 


Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. ...

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.   Bəs, bu dəhşətl...