Qaçırılan qız 51 il sonra ailəsinə qovuşdu
ABŞ-ın Texas ştatında 51 il öncə qaçırılan Melisa Haysmit ailəsinə qovuşub.
Sfera.az xəbər verir ki, Melisa 1971-ci ildə, 2 yaşındaykən ona baxıcılıq edən qadın tərəfindən qaçırılıb. Onun bioloji ailəsinə qovuşması isə DNT xidməti sayəsində baş tutub.
Belə ki, Melisa və ailəsi bir birindən xəbərsiz DNT proqramı üzərindən test götürüblər. Həmin test nəticəsində ailə qızlarını tapıb. Melisa bildirib ki, atası facebook üzərindən ona yazana qədər axtarıldığını bilməyib: “Atam mənə mesaj göndərdi və “bilirsən, mən 51 ildir ki, qızımı axtarıram” dedi.”
Melisanın qaçırılması ilə bağlı cinayət axtarışının müddəti qızın 18-ci yaşından sonra dayandırılsa da, axtarış aparan departament bütün mövcud məlumatları üzə çıxarmaq üçün araşdırmanı davam etdirəcəyini bildirib.
Nəzrin