Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın rəhbər şəxslərini araşdıracaq
Rusiyanın rəhbər şəxslərinin cinayət əməlləri araşdırılacaq.
Sfera.az “Moskva Times”a istinadən xəbər verir ki, G7-nin ədliyyə nazirləri ilk dəfə Berlində bir araya gələrək Rusiyanın Ukraynadakı hərbi cinayətlərinin qeydə alınacağı və araşdırılacağına dair razılığa gəliblər.
Nazirlər Ukrayna şəhərlərinin və enerji infrastrukturunun bombalanmasını pisləyib, Rusiyanın “qışdan silah kimi istifadə etdiyini” deyiblər.
Ukrayna hakimiyyəti artıq 50 minə yaxın hərbi cinayət hadisəsini sənədləşdirib və baş verənlərlə bağlı 600-ə yaxın şübhəlini müəyyən edib.
CNN-in məlumatına görə, Almaniyanın ədliyyə naziri Marko Buşman görüşün yekunlarına dair mətbuat konfransı zamanı bəyan edib ki, “Rusiyanın bütün rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən “insanlığa qarşı cinayətlərə görə” araşdırılmalıdır”.
Əzizə