Seçki günü 6 nəfər öldü

Seçki günü 6 nəfər öldü

 

 

 

Sentyabrın 26-da saat 08 radələrində Yardımlı rayonunun Ləzran kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənLent.az-averilən məlyumata görə, qəza zamanı rayon sakini Zakir Nəzərov idarə etdiyi "QAZ-53A” markalı avtomobili dərəyə aşırıb. Sürücü hadisə yerində ölüb.

//ads2.newmedia.az/www/delivery/lg.php?bannerid=0&campaignid=0&zoneid=446&loc=http%3A%2F%2Fnews.lent.az%2Fnews%2F254841&referer=http%3A%2F%2Fnews.lent.az%2Fnews%2F254837&cb=04897c9db2

Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.

 

Dünən saat 11 radələrində Beyləqan rayonunun Aşıqlı kəndində də qəza yaşanıb. Rayon sakini Elgün Allahverdiyev idarə etdiyi "Mercedes” markalı avtomobili yol ayırıcısına vurub və sonradan avtomobil aşıb. Nəticədə E.Allahverdiyevin sərnişinlərindən həmyerlisi Elvin Məmmədov hadisə yerində ölüb, özü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

 

Bundan başqa, dünən saat 20 radələrində Kəpəz rayonunun Poçt qəsəbəsində Gəncə şəhər sakini Elxan Əhmədov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Vaqif Sadıqovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada dünyasını dəyişib.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

 

Sentyabrın 26-da saat 10 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində də yol-nəqliyyat hadisəsi olub. Belə ki, Bakı şəhər sakini Asim İbrahimov idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarındakı yol ayırıcısına vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Tural Ağazadə orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Dünən Sumqayıt şəhərində saat 16 radələrində baş verən yol-nəqliyyat hadisəsi zamanı Bakı şəhər sakini Mehman Musayev idarə etdiyi "KİA” markalı avtomobillə yolu keçən şəhər sakini 86 yaşlı Müseyib Vəliyevi vurub. Piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Sentyabrın 26-da saat 18 radələrində Binəqədi qəsəbəsində də qəza olub. Abşeron rayon sakini Elmir Gülmalıyev idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ağaşirin Məlikovu və Kəmalə Quliyevanı vurub. K.Quliyeva xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, faktla bağlı Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...