Buddist məbədində metamfetamin skandalı 

Buddist məbədində metamfetamin skandalı 

Taylandın şimalında kiçik bir Buddist məbədi narkotik sınaqdan keçirildikdən sonra rahiblərsiz qalıb. Testlər məbədin abbatı da daxil olmaqla dörd rahibin metamfetamindən istifadə etdiyini göstərib.

 

Sfera.az “BBC AFP” istinadən bildirir ki, hadisə Tailandın şimalında Phetchabun əyalətindəki məbəddə baş verib. Hazırda rahiblərin narkomaniyadan reabilitasiya üçün klinikaya göndərildiyi məlum olub.

 

Jurnalistlərin fikrincə, Taylandda narkotik sınaqları qanunsuz maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə geniş kampaniya fonunda həyata keçirilir. Noyabrın 28-i bazar ertəsi polis sidik testi keçirdikdən sonra rahiblər məbəddən qovulublar və nəticədə dörd nəfərin hamısının metamfetamin istifadə etdiyi məlum olub. Eyni zamanda məbəddə rahiblərin olmaması səbəbindən hər hansı ayinlərin icrası dayandırılıb. Regional hakimiyyət yerli monastırın rəhbərindən kömək istəyib. Monastr rəhbəri bölgədəki məbədə bir neçə yeni rahib təyin edəcəyini vəd edib.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin məlumatına görə, metamfetamin son illərdə Taylandda böyük problemə çevrilib. Narkotikin ələ keçirilməsi 2021-ci ildə rekord həddə çatıb. Ölkə metamfetamin üçün əsas tranzit nöqtəsidir. Narkotiklər dünyanın ən böyük metamfetamin istehsal edən dövləti olan Myanmadan Laosdan keçir.

 

Daha sonra maddə tablet şəklində küçələrdə təxminən 50 baha (valyuta məzənnəsi ilə təqribi 2,5 azn) satılır. Xatırladaq ki, oktyabr ayında metamfetamin saxladığına görə qovulan keçmiş polis məmurunun uşaq bağçasında atışmada 37 nəfəri öldürməsindən sonra Tailandın baş naziri Prayut Çan-o-ça narkotik qadağası barədə göstəriş verib. Qurbanlar arasında 20-dən çox uşaq olub. Vəziyyət o qədər kritikdir ki, ötən ilki araşdırmalar balıqlar və çayların digər sakinlərinin də narkotiklə çirklənmiş su anbarlarında metamfetaminə “qurşandığını” göstərib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Slovakiyada məktəb qətliamı azı iki nəfərin ölümü ilə nəticələnib

Bu gün Slovakiyanın Spiska Stara Ves şəhərində məktəbdə qətliam baş verib. Dərs zamanı 18 yaşlı oğlan bıçaqla müəllimə və iki sinif yoldaşına hücum edib. Ən azı...

Fransa Suriya ilə bağlı konfrans keçirəcək

Fransa fevralın 13-də Parisdə Suriyadakı vəziyyətlə bağlı konfrans keçirməyi planlaşdırır. Sfera.az bildirir ki, bu barədə Reuetrs məlumat yayıb. "...

Bloqqer müalicəsinə pul yığmaq üçün uşağına narkotik verdi

Avstraliyada bir bloqqer ianə toplamaq və izləyici sayını artırmaq üçün bir yaşlı qızını zəhərlədiyinə görə mühakimə olunacaq. Sfera.az bildirir ki, körpə ağ...

Ona Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?

Braziliya məhkəməsi keçmiş prezidentə Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?   Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jai...

Qəzzada atəşkəs sazişi imzalandı

HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.   ...

FHN Sumqayıtdakı ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat dax...