Bakıda evdən külli miqdarda xarici valyuta oğurlandı

Hadisə
14:24 / 29.11.2022
5734
Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Buradakı mənzillərin birindən 19.000 avro, 4950 funt sterling və 4800 ABŞ dollarının (təxminən ümumilikdə 44 min 700 manat) qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.