Mənzil alarkən nə qədər ƏDV geri qaytarılacaq? – Vüqar Bayramovun şərhi

Mənzil alarkən nə qədər ƏDV geri qaytarılacaq? – Vüqar Bayramovun şərhi

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal (//new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verilib.

 

Qeyd edək ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış əmlaka görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası müəyyənləşdirilib.

 

Maraqlıdır, ƏDV nə zaman geri qaytarılacaq?

 

Sfera.az xəbər verir ki, məslə ilə bağlı açıqlama verən deputat Vüqar Bayramov alıcıya 15 min manat dəyərində ƏDV-nin qayıda biləcəyini deyib:

 

"ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyr-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur. Qeyd edək ki, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsi ilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq".

 

Millət vəkili kreditlə alınan əmlaka görə ƏDV-nin geri qaytarılması məsələsinə də toxunub:

 

"ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən, bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək".

 

Deputat deyib ki, ƏDV-ə hesablanmanın mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır.

 

"Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 min kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 min manatlıq hissəsinin ƏDV-si hesablanır (18 faiz) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır. Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq.

 

Təkrar bazardan əmlak alan zaman ƏDV ödənişi olmadıqda vəsaitin geri qaytarılması həyata keçirilməyəcək. ƏDV o zaman geri qaytarılır ki, həmin alqı-satqıda ƏDV ödənişi həyata keçirilsin",- V.Bayramov vurğulayıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Aeroporta gedənlərin NƏZƏRİNƏ: Bəzi qadağalar QÜVVƏYƏ MİNDİ

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsəd...

Bakıda ağır qəza - Ölən və yaralananlar var

Ötən gecə aeroport şossesində üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.   Sfera.az APA-ya istinadən xəbər verir k...

Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik - XİN

Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki hesabında Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. &nb...

Azərbaycanlıların olduğu avtobus qəzaya düşdü - 40-dan çox yaralı var - FOTO

Misirin Ras Sidr şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər yaralanıb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ...

Müəmmalı şəkildə yoxa çıxan tarixi əsərlər - FOTOLAR

Arxeoloji tədqiqatlar nəticəsində bir çox tarixi əsərlər üzə çıxarılır. Lakin bəziləri üzə çıxsa və lazımi qaydada qorunsa da, müxtəlif səbəblərdən yoxa çıxır. ...

Keçi cinsi orqanı ilə ilə sərvət qazanan həkimin tapdığı maraqlı "müalicə" üsulu

Tarix indiyə qədər maraqlı müalicə üsulları görüb. Bu gün "alternativ tibb" adlanan şey, keçmiş illərdə bir çox insanın kor-koranə inandığı bir təcrüb...