ABŞ Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına niyə səssiz qalır? – SƏBƏB

ABŞ Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına niyə səssiz qalır? – SƏBƏB

"Türkiyənin Suriyanın şimalında PKK-YPG terror təşkilatına qarşı planlaşdırdığı antiterror əməliyyatı seçki öncəsi Rəcəb Tayyib Ərdoğanın reytinqinə müsbət təsir edəcək".

 

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert Rusiyanın regionda gücünün azalacağını bildirib:

 

"Həmçinin Türkiyə Suriyanın şimalında Kürd muxtariyyətinin yaradılmasına mane olmaqla bir növ Rusiyanın bu regionda aktivliyinin qarşısını alır. ABŞ da Türkiyənin bu əməliyyatına səssiz qalır. Vaşinqton şimali Suriyada kürd muxtariyyətinin yaradılmasının mümkün olmadığının fərqindədir. Ona görə də ABŞ Türkiyə ilə ciddi qarşıdurmadan çəkinir. Şimali Suriyada isə nə ABŞ, nə də Rusiyanın planları baş tutur".

 

Politoloq Türkiyə-Rusiya əlaqələrinin normallaşacağını da sözlərinə əlavə edib:

 

"Bu hərbi əməliyyat Türkiyənin regional gücünün artmasına və Suriya ilə əlaqələrin normallaşmasına töhfə verəcək. Çünki proses özlüyündə Suriyanın ərazi bütövlüyünün qorunmasına mühüm töhfə verir. Demək olar, Türkiyə rəhbərliyi Bəşər Əsədlə dialoq qurub. Bu əməliyyat rəsmi Dəməşqlə əlaqələndirilib. Bununla da Suriyada kürd terror təşkilatlarının separtizminə son verilir".

 

İnci


OXŞAR XƏBƏRLƏR