Makronun ABŞ səfərində bu məsələlər müzakirə olunacaq – Vaşinqtondan açıqlama

Makronun ABŞ səfərində bu məsələlər müzakirə olunacaq – Vaşinqtondan açıqlama

ABŞ-nın Prezident Administrasiyası Prezident Cozef Baydenin Fransa lideri Emmanuel Makronun ABŞ-a gözlənilən səfəri zamanı müzairə edəcəyi mövzuları açıqlayıb.

 

Sfera.az xəbər verir ki, Bayden həmkarı ilə Ukrayna, Çin, İran, eləcə də enerji məsələlərini müzakirə edəcək.

 

"Gözlənilir ki, Ukrayna ilə bağlı müzakirələr onların danışıqlarının əsasını təşkil edəcək. Həmçinin Çinin, eləcə də İranın çağırışları ilə bağlı müzakirələr aparılacaq", - ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.

 

Qeyd edək ki, Fransa prezidentinin ABŞ-a səfəri noyabrın 30-na planlaşdırılıb və üç gün davam edəcək.

 

Görüşdən əvvəl o da məlum olub ki, Makron Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Co Baydeni Avropa və Amerika şirkətləri arasında qeyri-bərabər rəqabətin qarşısını almağa inandırmaq niyyətindədir.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR