“Azərbaycan razılığa gəlib...” – Edmon Marukyan

Siyasət
10:42 / 29.11.2022
5554
Azərbaycan tərəfi Praqada dördtərəfli formatda görüşlərin davam etdirilməsi ilə bağlı razılığa gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan öz Tvitter səhifəsində yazıb .
“İclasın formatı ilə iştirakçıların tərkibinin eyni olması məntiqlidir. Ona görə də ümid edirik ki, görüş Brüsseldə Emmanuel Makron və Çarlz Mişellə baş tutacaq”, - deyə o, bildirib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla dekabrın 7-nə planlaşdırılan görüşün baş tutmayacağını açıqlayıb. Buna səbəb isə Fransa Prezidenti Emmanuel Makronun da həmin görüşdə iştirak istəyi olub.
Əzizə Zeynal