Bir zamanlar arıqlamaq üçün qadınlara tətbiq edilən inanılmaz metodlar - FOTOLAR

Bir zamanlar arıqlamaq üçün qadınlara tətbiq edilən inanılmaz metodlar - FOTOLAR

Bədən quruluşu tendensiyası müasir dünyada yeni trendlərdən biri olsa da, insanlar 2000 ildir ki, arıqlamaq üçün müxtəlif yollar sınayırlar. Sosial-mədəni səbəblər insanları, xüsusən də qadınları müəyyən çəki saxlamağa sövq edir. Piylənmənin zərərli olduğu bilinsə də, çəkinin az olmağı və arıqlamaq üçün işlər görməyin sağlamlığa zərərli olmasından tez-tez bəhs edilmir.

 

Sfera.az “Nə yaxşı ki, indiki dövrdə yaşayırıq” deyəcəyiniz yazı təqdim edir.

 

Min illər geriyə getməyə ehtiyac yoxdur, son 100 ildə arıqlamaq üçün istifadə edilənlərə baxmaq bədən quruluşunun əhəmiyyətini anlamaq üçün kifayətdir.

 

1. 1900-cü illərin əvvəllərində kokain arıqlamaq üçün ideal bir vasitə kimi satışa çıxarılıb. Modellər arasında çox yayılan bu dərman onlarla insanın həyatını alt-üst edib və nəhayət, zərərli olduğu anlaşılıb.

 

 

2. Bir çox dərmanlar "fit və incə qalmaq" üçün ideal bir vasitə kimi təbliğ edilib Bu səhv yüzlərlə ölüm hesabına başa gəlib.

 

3. Təkcə bu deyil, həm də zərərləri başa düşülməzdən əvvəl siqaretlər xüsusi olaraq qadınlara satılıb. Bu incəlik üçün sərin bir üsul olaraq təqdim edilib. Xoşbəxtlikdən onların ölümcül tərəfi sonradan aşkar edilib və onların marketinq strategiyası bu dəfə kişilərə yönəlib.

 

4. Hətta ölümcül arsen arıqlamaq üçün həll yolu olaraq görülüb Kremdən həbə qədər gözəllik aləmində çox məşhur olan “Arsnik” ölümcül zərərləri başa düşülənə qədər minlərlə qadın tərəfindən istifadə edilib.

 

 

5. Tapeworm pəhrizi haqqında eşitmisiniz?

 

Dəhşət! Bağırsaq qurdlarının pəhrizi bir vaxtlar çox yayılmışdı. Qadınlar bu qurdları həb şəklində udub və bağırsaq qurdlarının həzmi asanlaşdıracağı gözlənilirdi. Ancaq adətən ishal, qusma, miqren və göz problemləri yaranırdı. Tapewormların uzunluğu metrlərə çata və meningit kimi ölümcül xəstəliklərə səbəb ola bilirdi.

 

6. Yatarkən arıqlamaq bir çox insanın arzusudur. Bu arzusunu həyata keçirmək üçün qəribə yollara əl atanlar da olub. Elvis Presli kimi dünyaca məşhur adların əhəmiyyətli şoularından əvvəl tətbiq etdiyi yuxu metodunda insanlar yuxu dərmanı qəbul edərək və mümkün qədər uzun müddət yataraq aclıq hiss etmirdilər.

 

 

7. Korset pəhrizi ötən əsrlərdə qadınların arıqlamaq və forma vermək üçün istifadə etdiyi korsetlər 2010-cu illərin əvvəllərində yenidən gündəmə gəlib. Son dərəcə dar, polad alt telli korsetlər geyinərkən yemək yemək çox çətin olduğundan, qadınlar pəhriz saxlamaq üçün də korsetlərdən istifadə edirdilər

 

 

8. Pambıq pəhrizi də tarixin ən qorxulu üsullarındandır. “Toxluq hissi” əldə etmək üçün suda isladılmış pambıq toplarını udan qadınlar daha sonra bu pambıqları tez-tez qusurdular. Modelləşdirmə sənayesində geniş şəkildə istifadə edildiyi bilinən bu üsulda pambıqlar qusulmadığı halda bağırsaq dolması kimi problemlər də açılıb.

 

9. Piylənmə sabununun işlədiyi məlum deyil, lakin bir vaxtlar çox məşhur olub. Pəhriz və idmana ehtiyac duymadan zəiflik vəd edən bu sabunlardan adi sabunlar kimi istifadə edilib.

 

10. Laksatif pəhrizi Qəbizlik hallarında yaxşı həzm üçün içilən dərmanlar normal istifadə olunduqda davamlı olaraq tualetə getməyə səbəb olur və qida orqanizm tərəfindən tam sorula bilmir. "Daha düz qarın" üçün modellərin seçimi olan bu dərmanlara görə, bir çox moda həftələrində soyunma otaqları dəhşətli vəziyyətdə olub.

 

11. Keçmişə baxmayaraq, hələ də ölümcül arıqlama həbləri, qəribə pəhrizlər və qeyri-sağlam arıqlama tendensiyaları ilə qarşılaşırıq.

 

Ümid edirik ki, yaxın gələcəkdə bu hallar qəribə hesab olunacaq və arıqlamağın yalnız insanın öz iradəsindən və sağlam olmağından asılı olduğunu anlayacağıq.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR