Ərəblər Almaniya millisinin etirazına belə CAVAB VERDİLƏR - FOTOLAR

Ərəblər Almaniya millisinin etirazına belə CAVAB VERDİLƏR - FOTOLAR

Qətərdə keçirilən 2022 Dünya Çempionatında FİFA-nın "One Love" sarğı qadağasına ağızlarını əlləri ilə bağlayaraq etiraz edən Almaniya Milli Komandasının futbolçularına qətərli azarkeşlər irqçilik hiss etdiyi üçün və milli komandadan ayrılan Məsut Özilin fotoları ilə cavab veriblər.

 

Sfera.az bildirir ki, Almaniya Milli Komandasının məqsədi bu addımı ilə FİFA-ya “One Love” sarğı qadağasına etiraz etmək olub.

 

Xatırladaq ki, turnirdən əvvəl futbolçuların LGBTİ+ icması ilə həmrəylik nümayiş etdirmək üçün nəzərdə tutulan “One Love” sarğı taxmaq tələbi FİFA tərəfindən rədd edilmiş və bunu edən kapitanların cəzalandırılacağı bildirilmişdi. E qrupunda oynanan İspaniya-Almaniya oyununda isə maraqlı hadisə yaşanıb. Qətər azarkeşləri bu etiraza cavab verib.

 

Almaniya Milli Komandasının oyunçuları ilə eyni pozalar verən Qətərli futbolsevərlər irqçilik və hörmətsizlik hiss etdiyi üçün millidən ayrıldığını açıqlayan Məsut Özilin fotoları olan pankartlar açıblar.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR