Aybəniz Haşımovanın səhhəti ilə bağlı AÇIQLAMA

Maqazin
18:42 / 28.11.2022
25257
Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.
Sfera.az xəbər verir ki, bu barədə özü "Instagram"da məlumat yayıb.
Onun sözlərinə görə, çox halsızdır və ayaqlarında şişkinlik yaranıb:
"Elə yorğunam, elə halsızam ki, evə gəlib bir stəkan çay içməyə halım qalmayıb, o qədər yorğunam. Hətta ayaqlarım da şişib. Amma əvəzində bir təsəllim var, istedadlı tələbələrimin səslərində yeni ifalar lentə aldım.
Musiqilərin digərlərinin aranjımanı sabaha qaldı. Bugünkü kimi yenə gecə 12-də evə gələcəm. Bu, artıq həyat tərzimə çevrilib".