Nadir Qafarzadə şikayətləndi: “Əvvəllər kilo ilə alırdım, indi qramla”

Nadir Qafarzadə şikayətləndi: “Əvvəllər kilo ilə alırdım, indi qramla”

Son aylar Azərbaycan bazarlarında qiymət artımı müşahidə olunur. Ərzaq, meyvə-tərəvəz kimi gündəlik tələbat mallarının qiymətinin surətlə artması əhali arasında narazılığa səbəb olur.

 

Əvvəllər qiymət artımları ilə adətən, bayramlar ərəfəsində rastlaşırdıqsa, indi bu artımlar hər ay, bir sıra məhsullarda isə demək olar ki, hər həftə, hətta hər gün baş verir.

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə son aylarda evinə çox az ərzaq aldığını açıqlayıb. Sənətçi bunu çəki alması ilə əlaqələndirib:

 

“İnanın ki, mən artıq son zamanlar ərzaq almıram. Biz o qədər yeməyi azaltmışıq ki... Evimizə ümumiyyətlə, çörək alınmır. Ərzaq məhsulları alanda da çox az miqdarda alırıq. Çünki çəki almaqdan qorxuruq. Uşaqlar da özləri üçün alırlar, haradansa sifariş verib gətirdirlər. Ona görə bazardakı qiymətlərdən o qədər də anlayışım yoxdur, nə artıb xəbərim yoxdur. Son zamanlarda marketə getmirəm. Lazım olan hər şeydən az-az alıram, əvvəllər kilo ilə alırdımsa, indi qramla alıram. Ona görə yox ki, xəsislik edirəm, xeyr, sadəcə çox yeməmək üçün, formada qalmaq üçün az istifadə edirəm”.

 

Onun sözlərinə görə, kəndlilər əziyyətlərinin bəhrəsini görmədiyi üçün əkib-becərməkdən artıq üz döndəriblər:

 

“Kəndlilər əkib-becərsə də onun qiyməti olmur. Kəndli əziyyət çəkir, əkir, sulayır, belləyir, ağaca qulluq edir, amma əziyyətinin qarşılığını ala bilmir. Heyvana baxırlar, indi də heyvan yemlərinin, otun qiyməti bahadır. Deyirlər, üzü astarından bahadır, ona görə kəndliləri çoxu bununla məşğul olmur. Kənd məhsullarının əziyyəti çox, gəliri isə az olur”.


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...