Türkiyə müxalifəti seçkilərə vahid namizədlə qatılacaq – 84 bəndlik razılaşma

Türkiyə müxalifəti seçkilərə vahid namizədlə qatılacaq – 84 bəndlik razılaşma

"Türkiyə müxalifətinin “Altılı masa”sı Konstitusiya dəyişikliklərinə dair 84 maddədən ibarət təkliflər paketi ilə bağlı razılığa gəlib. Dəyişiklik təkliflərinin təməlini parlament üsul-idarəsinə keçid, insan hüquq və azadlıqlarının genişləndirilməsi təşkil edir".

 

Sfera.az xəbər verir ki, bunu siyasi məsələlər üzrə ekspert Şahin Cəfərli bildirib. Ekpsert növbəti ilin yanvarında seçkilər üçün vahid namizədin kimliyininin bəlli olacağını deyib:

 

“Altılı masa” iqtisadi böhrandan çıxış və digər sahələr üzrə proqramlarını, prezidentliyə vahid namizədin manifestini, seçkidə qalib gəldikdən sonra formalaşdırılacaq koalisiya hökumətinin protokolunu da razılaşdıraraq xalqa açıqladıqdan sonra seçki kampaniyasına daxil olmağı planlaşdırır. Yəni seçkiqabağı və seçki sonrası yol xəritəsi tam müəyyənləşdirildikdən sonra vahid namizədin adı elan ediləcək (böyük ehtimalla 2023-ün yanvarında). Nəticədə vahid namizəd bədahətən fikirlər istehsal etmək məcburiyyətində qalmadan seçki kampaniyasına əlində hər sahə üzrə konkret vədlərin və problemlərdən çıxış yollarının göstərildiyi proqram sənədləri ilə girmiş olacaq.

 

“Altılı masa” xarizmatik liderin ətrafında formalaşan və xalqın, dövlətin taleyini həmin avtokrata həvalə edən iqtidardakı Cumhur İttifaqı koalisiyasından fərqli olaraq, dəyərlərə və prinsiplərə əsaslanan bir ittifaq və ölkə idarəçiliyi modeli ortaya qoyur. Fərqli ideologiyalara, proqramlara sahib 6 siyasi partiyanın qarşılıqlı kompromislərlə milli maraqları əsas götürən siyasət anlayışının ortaya qoyması yüksək siyasi mədəniyyət göstərici olmaqla, Türkiyə siyasi tarxində görünməmiş bir hadisədir. Bu birlik seçki ittifaqının çərçivəsindən çox uzağa gedən, bütövlükdə sistemin köklü şəkildə rekonstruksiyasını nəzərdə tutan tarixi əhəmiyyətli siyasi konsensusdur".

 

Xatırladaq ki, 2023-cü ilin iyun ayında Türkiyədə növbəti prezident seçkiləri keçiriləcək.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...