KTMT Ermənistan-Azərbaycan sərhədinə misiya göndərə bilər - Stanislav Zasdan açıqlama

KTMT Ermənistan-Azərbaycan sərhədinə misiya göndərə bilər - Stanislav Zasdan açıqlama

"KTMT Ermənistana kömək üçün bir sıra tədbirlər görməyi, o cümlədən vəziyyəti qiymətləndirmək məqsədilə Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib".

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Stanislav Zas Ermənistanda keçirilən KTMT iclası və regional vəziyyət barədə danışarkən deyib.

 

“Vəziyyət o qədər də asan deyil. İlk növbədə Azərbaycanla Ermənistan sərhədində demək olar ki, hər gün atışmalar olur. Ümumiyyətlə, KTMT-nin Ermənistana yardım etmək üçün təklif etdiyi tədbirlər silsiləsi və oradakı vasitələr müxtəlifdir. Buraya həm siyasi, həm diplomatik, həm hərbi, həm də sərhədə vəziyyəti real qiymətləndirəcək missiyanın göndərilməsi daxildir”, - Zas Belarusun ONT telekanalına müsahibəsində bildirib.

 

Zas qeyd edib ki, KTMT-nin Yerevan sammitində həm qlobal səviyyədə, həm də KTMT-nin məsuliyyəti sferasında kollektiv təhlükəsizliyin hər üç regionunda - Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada inkişaf edən vəziyyətə xüsusi diqqət yetirilib.

 

“Bütün iştirakçıların diqqət mərkəzində regionda sülhün əldə olunmasıdır. Sülh müqaviləsinin imzalanması, mövcud sərhədlərin hüquqi qeydiyyatı, nəqliyyat əlaqələrinin açılması istənilir”, - baş katib deyib.

 

Zas bildirib ki, Ermənistana yardım göstərilməsi ilə bağlı qərar layihəsi hazırlanır. Onun sözlərinə görə, layihə yekunlaşdırılıb, lakin bəzi məqamlarda hələ də müzakirələr gedir.

 

Bundan əlavə, o qeyd edib ki, təşkilatın məsuliyyət zonasında münaqişələrin həlli ayrılıqda hər bir ölkənin deyil, onun üzvlərinin ümumi işidir.

 

“KTMT zonasında bütün mövcud münaqişələrin həlli prioritetdir. Öhdəliyimiz çərçivəsində sülhə nail olmaq bizim ümumi vəzifəmizdir”, - Zas bildirib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...