Aİ-nin nümayəndəsindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Siyasət
14:46 / 28.11.2022
5230
"Gərginliyi azaltmaq üçün Azərbaycan və Ermənistan səbr və güclü siyasi iradə nümayiş etdirməlidir".
Sfera.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz Tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, bir sıra problemlər hələ də qalmaqdadır.
"Gərginliyin azaldılması və hərtərəfli nizamlanması üçün Azərbaycan və Ermənistanın səbr və güclü siyasi iradə nümayiş etdirməsi lazımdır”, - Klaar yazıb.
Əzizə