"Kiyevdə yaza qədər işıq olmaya bilər” -  Vitali Kliçko

Kiyev meri Vitali Kliçko şəhər sakinlərini elektrik enerjisinin verilişində yaranan fasilələrin yaza qədər davam edəcəyinə hazır olmağa çağırıb. Bələdiyyə sədri bununla əlaqədar şəhər əhalisinin bir hissəsinin qismən təxliyə olunacağını istisna etməyib.


Sfera.az xəbər verir ki, Kliçko “RBC-Ukrayna”ya müsahibəsində Kiyevdə elektrik enerjisi təchizatının artıq bərpa olunduğunu, lakin ümumukrayna elektrik şəbəkəsində yaranan çatışmazlıq səbəbindən fasilələr yaranacağını deyib: “Fasilələr yaza qədər ola bilər. Bu da soyuqların düşməsi ilə bağlıdır. Buna görə də soyuq hava davam etdikcə elektrik enerjisi təchizatında fasilələr olacaq”.


Vitali Kliçko Kiyevdən qismən təxliyə olacağını da deyib: “Tam evakuasiya olmayacaq – bəlkə də, qismən, amma bunu evakuasiya adlandırmaq olmaz. Bu, müəyyən kateqoriyadan olan insanların xidmətlərin yerləşə biləcəyi şəhərətrafı ərazilərə müvəqqəti köçürülməsidir".


Xatırladaq ki, noyabrın 23-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisinin Rusiya tərəfindən kütləvi zərbələrə məruz qaldığını bildirib. Bununla əlaqədar Kiyev işıqsız qalıb. Noyabrın 27-də Kiyevə elektrik enerjisi təchizatı tam bərpa olunub. 


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...

"Süni zəka dövrüdür, bəstəkara ehtiyac olmayacaq"

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev maraqlı açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişində qon...