“Azərbaycan antiterror əməliyyatı keçirə bilər” - Deputat

“Azərbaycan antiterror əməliyyatı keçirə bilər” - Deputat

Ermənilərin rus sülhməramlılarının yerləşdiyi ərazilərdə aktivləşdiyi müşahidə edilir. Son bir ayda erməni tərəfi Qarabağda yeni mühəndis istehkam xətti formalaşdırıb.

Maraqlıdır, erməni tərəfi ordunu gücləndirərək yeni təxribata əl ata bilərmi? Vəziyyətin gərginləşməsi gözləniləndir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Arzu Nağıyev ermənilərin son zamanlar aktivləşməsində rus sülməramlılarının, xarici havadarların rolunun olduğunu deyib:

 

“Bu proseslər Ermənistandakı daxili siyasətdən qaynaqlanır. Belə ki, Koçaryan və onun komandasının aktivləşməsi, Vardayanın iş başına gətirilməsi burada həlledici rol oynayır. Ermənistanın havadarları, xüsusilə Vardaryanı ora göndərən Rusiya çalışır ki, bölgədə gərginlik daha da artsın. Azərbaycanın vəziyyəti stabilləşdirmək üçün irəli sürdüyü 5 təkliflə razılaşmamaq üçün ermənilər ciddi cəhdlər edirlər. Bunun da səbəb olduğu əsas problem Qarabağda qondarma qurumun ordusunun saxlanılmasıdır. Digər məsələ sülhməramlı qüvvələrin öz üzərilərinə düşən missiyanı tam yerinə yetirməməsidir. Son zamanlar rusların Azərbaycan toponimlərini erməni adları kimi göstərməsi, eyni zamanda Ermənistan ərazisindən hərbi texnikanın daşınmasına nəzarət etməsi kimi məlumatlar var. Bu və ya digər şəkildə kiməsə kömək etmək rus sülhməramlısının vəzifə öhdəliyi deyil. Onlar gözəl başa düşür ki, sülh müqaviləsi imzalanan kimi ərazidən çıxarılacaqlar. Odur ki, mandatlarının müddətini uzatmağa cəhd göstərirlər. Bununla da 10 noyabr, Brüssel, Soçi danışıqlarının ruhuna zidd addımlar atılır”.

 

Deputat Azərbaycanın antiterror əməliyyatlarına başlaya biləcəyini, bunun isə beynəlxalq səviyyədə qarşıdurma yaradacağını sözlərinə əlavə edib:

 

“KTMT-nin son iclasında Paşinyanın atdığı addımlar, Rusiyaya qarşı apardığı təbliğat Qərbə daha çox yönəlmək məqsədi güdür. Rusiya da bunu başa düşür və önləyici addımlar atmağa çalışır. Erməni tərəfi tez-tez qondarma status məsələsini qabardır, yaxud son vaxtlar bəyanatlar verirlər ki, guya bu gün disapor təşkilatları onlara yardım edir. Lakin bu da məğlub tərəfə sərmayə yatırmaq deməkdir və özlüyündə inandırıcı görünmür. Ona görə də düşünürəm ki, Ermənistan qaçaq yolla daşınan pul vəsaitlərini leqallaşdırmaq istəyir. Belə davam etsə, Azərbaycan heç bir  beynəlxalq sazişi pozmadan antiterror əməliyyatları keçirə bilər. Bu proses isə tək regionda yox, beynəlxalq səviyyədə qarşıdurma yarada bilər”. 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...