Şakira üsyan etdi: “Bu, böhtan kampaniyasıdır”

Şakira üsyan etdi: “Bu, böhtan kampaniyasıdır”

Kolumbiyalı məşhur pop ulduz Şakira İspaniyada vergidən yayınmaqda ittiham olunmasını özünə qarşı "böhtan kampaniyası" adlandırıb.

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, 45 yaşlı Şakira ispan hakimlərini şəxsi həyatının "məxfiliyini pozmaqda" günahlandırıb.

 

Qeyd edək ki, bu ilin sentyabrda ispan hakimləri Şakiranın 14,5 milyon avro məbləğində vergidən yayınma ittihamı ilə mühakimə olunmasına qərar verib.

 

İddiada Şakiranın 2012-2014-cü illərdə İspaniyada yaşamasına baxmayaraq, yaşadığı yeri başqa yerdə göstərərək vergi ödəməkdən yayındığı qeyd edilib.

 

Xatırladaq ki, İspaniya qanunları ölkədə ildə 183 gündən çox qalanların vergi ödəməsini tələb edir. Məhkəmə 2011-ci ildən ispaniyalı futbolçu Jerar Pike ilə birlikdə olan pop ulduzun 2012-ci ildə Barselonada ev aldığını göstərən sənədi üzə çıxarıb. 2015-ci ildə rəsmən İspaniyaya köçən pop ulduz indiyə qədər 17,2 milyon avro vergi ödədiyini və heç bir borcunun olmadığını bildirib.

 

Pop ulduzun 6 ayrı vergi ittihamı ilə 8 il həbs və 23,8 milyon avro pul cəzası ilə mühakimə olunacağı işin tarixi hələ müəyyənləşməyib.

 

Məlumat üçün bildirək ki, Şakiranın ötən aylarda 11 illik münasibətinə son qoyduğu məşhur futbolçu Pike də daha əvvəl başqa bir işdə vergidən yayındığı üçün 2,1 milyon avro cərimə olunmuşdu.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...