Rusiyada 2 milyon işçiyə ehtiyac var: Ciddi kadr qıtlığı yaranıb

Rusiyanın tikinti sektoru kadr çatışmazlığı ilə üzləşib.
Sfera.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, tikinti sektorunda mütəxəsis çatışmazlığı 25 faizə yüksəlib.
Qəzet yazır ki, mütəxəsis çatışmazlığı Rusiya-Ukrayna müharibəsindən sonra yaranıb.
Müharibə ilə əlaqədar qismən səfərbərlik elan edilməsi, vətəndaşların və ölkədə daimi yaşayan əcnəbilərin bir qisminin xaricə üz tutması işçi sayında azalmaya səbəb olub. Proqnozlaşdırılır ki, mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə növbəti altı ayda vəziyyət bir qədər də pisləşəcək.
“Kommersant” xatırladır ki, 2021-ci ilin iyun ayında Rusiyanın əmək nazirliyi tikinti və kənd təsərrüfatında kadr çatışmazlığının 350 min işçi olduğunu bəyan etmişdi.
Amma ekspertlər hesab edir ki, işçi çatışmazlığı 2 milyon nəfərə yüksəlib.
Vasif,
Sfera.az