Vatikan Rusiya və Ukraynaya vasitəçiliyini təklif etdi

"Vatikan diplomatik kanallar vasitəsilə Rusiya və Ukrayna hakimiyyətləri ilə əlaqə saxlayır və tərəflərdən belə bir təklif olarsa, Moskva və Kiyev üçün danışıqlar masası təklif etməyə hazırdır".
Sfera.az xəbər verir ki bunu "Mediaset - Tgcom24" telekanalına müsahibəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallager deyib.
Onun sözlərinə görə, həm Müqəddəs Taxt-tac, həm də Papanın özü müharibənin əvvəlindən vasitəçiliyə hazır olsalar da, bu təkliflərə konkret cavab olmayıb.
“Əgər danışıqlar üçün imkanlarımıza və ərazilərimizə ehtiyac olarsa və təklif tərəflər tərəfindən sülh yolu, dialoq ruhunda irəli sürülsə, Papa keçmişdə də tarixən etdiyimiz kimi danışıqları qəbul edəcək",- Vatikan nümayəndəsi bildirib.
Qeyd edək ki, Papanın bu çağırışı Rusiya və Ukrayna tərəfindən cavabsız qalıb.
Əzizə