“KTMT bu hücümları dəf etməyə hazır deyil” - Stanislav Zas

Dünya
11:07 / 28.11.2022
3247
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hazırda hibrid hücumları dəf etməyə tam hazır deyil".
Sfera.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
Sanksiyalar və siyasi təzyiqlər çərçivəsində həyata keçirilən hibrid hücumlardan danışan Zas KTMT-nin “hərbi təhlükələri dəf etmək üçün sırf hərbi-siyasi təşkilat kimi yaradıldığını” xatırladıb.
Hibrid hücumlarda istifadə edilən üsulları sadalayan Zas onları “terror xarakterli təhdidlər” kimi qiymətləndirib.
“Bu, həm narkotik vasitələrin qanunsuz dövriyyəsi, həm də müxtəlif cinayətlərdir”, - baş katib qeyd edib.
İnci