Bakıda nişanın dəyişməsindən xəbərsiz olan sürücü qəza törətdi

Hadisə
23:15 / 27.11.2022
10931
Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.
“BMW” markalı avtomobili idarə edən sürücü əks istiqamətdə hərəkətdə olan zaman sükana nəzarəti itirərək maşınını bardürə çırpıb. Qəza zamanı sərnişin xəsarət alıb.
Sürücü bildirib ki, o uzun müddətdir Türkiyədə yaşayırdı. Statistika dairəsində yol hərəkəti qaydalarını və nişanlarının dəyişilməsindən məlumatı olmayıb. Buna görə də o, əvvəlki istiqamətdə hərəkət edib.
Əraziyə polis əməkdaşları gəlib.
Avtotexniki ekspertiza təyin edilib. Deformasiyaya uğrayan avtomobil cərimə meydançasına yerləşdirilib./apa