Misirdə hərbi təyyarə qəzaya UĞRADI

Hadisə
17:01 / 27.11.2022
5454
Misir Hərbi Hava Qüvvələrinin təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bu barədə Misir ordusunun rəsmi nümayəndəsi məlumat yayıb.
Hərbi təyyarənin düşdüyü əraziyə heç bir ziyan dəyməyib.
Təyyarənin qəzaya uğrama şəraiti aydınlaşdırılır, yoxlamaya başlanılıb.