Oftalmoloqa müraciət etmək üçün 5 SƏBƏB

Oftalmoloqa müraciət etmək üçün 5 SƏBƏB

 

Araşdırmalar göstərir ki, dünyada yaşayan insanların 60%-dən çoxunda görmə ilə bağlı olan müxtəlif problemlər var.

 

Sfera.az sağlamolun.az-a istinadən bildirir ki, ildən ilə bu rəqəm artır və hal hazırda hətta cavan insanlarda və uşaqlarda tez-tez müxtəlif görmə problemləri aşkar olunur. Həkimlər bunu müasir insanların həyat tərzi ilə əlaqələndirir. Gözlərin sağlamlığı üçün insan tez-tez uzaq məsafələrə baxmalıdır. Müasir insanlar isə günün bir çox hissəsini kompütür, planşet, telefonun ekranına baxmaqla keçirdirlər.

 
Bəzən görmə ilə bağlı problemlər özünü baş ağrısı, yorğunluq, baş gicəllənməsi kimi simptomlarla büruzə verir ki, insan da bu simptomları göz xəstəlikləri ilə əlaqələndirmir və oftalmoloqa müraciət etmir. Xəstəlik isə daha da dərinləşir və ağırlaşmalara gətirib çıxardır.
 
Bu yazı sizi görmə pozulmalarının bəzi simptomları ilə tanış edir. Özünüzdə bu simptomları müşahidə etmisinizsə, oftalmoloqa müraciət edin.
- Tez-tez təkrarlanan baş ağrıları.
 "Səbəbsiz" baş ağrılarından əziyyət çəkirsinizsə, oftalmoloqun müayinəsindən keçin. Bu görmənin pisləşməsinin əlaməti ola bilər.
- Baş gicəllənməsi.
Bunun səbəbi də görmənin pisləşməsi, düzgün seçilməmiş eynək və ya kontakt linzaları ola bilər. Bəzən insanlar həkimlə məsləhətləşmədən eynək alır və ya digər insanların eynəklərindən istifadə edirlər. Bu çox təhlükəlidir və çox ağır nəticələrə gətirib çıxarda bilər.
- Oxuma zamanı tez yorulursunuz, xoşladığınız kinoya sona qədər baxa bilmirsiniz.
Bu da çox xarakterli simptomdur. Gözlər gərgin olur və bu da daha tez yorulmağa səbəb olur.
- Göz yorğunluğu, gözlərdə yandırma və qaşınma.
- Gözlərin qarşısında xətlərin, nöqtələrin "üzməsi".
Bu çox təhlükəli simptomdur. Bunun səbəbi müxtəlif ağır göz xəstəlikləri ola bilər.

 



OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...