NATO hərbçiləri Rusiya sərhədi yaxınlığında təlim keçirib
Dünya
12:40 / 26.11.2022
8514
Polşanın şimalında, Belarus və Rusiya Federasiyasının Kalininqrad vilayəti sərhədləri yaxınlığında keçirilən “Tumak 22” hərbi təlimlərində 2 min NATO hərbçisi iştirak edib.
Sfera.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, müxtəlif bölmələrdən seçilmiş Polşa hərbi qulluqçuları amerikalı, ingilis, rumın və xorvat həmkarları ilə əməliyyat hazırlayıblar. Təlimlərdə hərbçilər çayları və su anbarını keçərək şərti düşmənin hücumlarını dəf edib, həmçinin əks-hücuma keçiblər.
Polşa baş nazirinin müavini, müdafiə naziri Mariuş Blaşçak qeyd edib ki, Polşa hərbçiləri NATO-nun bütün şərq qanadının təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Əzizə Zeynal