"Vətəndaşların hüquq və azadlıqlarına..." - Tokayev and içdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rəsmən ikinci müddətə prezident seçilib. 

 

Sfera.az xəbər verir ki, o, növbəti yeddi il ərzində respublikanın rəhbəri olacaq.


“Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyimə, Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına təminat verməyə, Qazaxıstan Respublikasının Prezidenti tərəfindən mənə həvalə edilmiş yüksək vəzifələri vicdanla yerinə yetirməyə təntənəli surətdə and içirəm”, - Tokayev bu barədə rəsmi andiçmə mərasimində bildirib.

 

Xatırladaq ki, noyabrın 20-də Tokayevin özünün təşəbbüsü ilə Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Onun fərmanına əsasən, növbəti yeddi illik prezidentlik müddəti Tokayevin sonuncu prezidentlik müddəti olacaq. Beləliklə, onun yenidən seçilmək hüququ olmayacaq.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...