Törətmədiyi bir qətlə görə ittiham edildi, ÖLDÜRÜLDÜ - Tarixin ən gənc ölüm hökmü - FOTOLAR 

Törətmədiyi bir qətlə görə ittiham edildi, ÖLDÜRÜLDÜ - Tarixin ən gənc ölüm hökmü - FOTOLAR 

Bir zamanlar ən xırda bir şeyə görə də qaradərililər məsuliyyət daşıyırdı.

 

Sfera.az bu yazıda sizə törətmədiyi cinayətə görə ölüm hökmünə məhkum edilən 14 yaşlı uşağın hekayəsini təqdim edir.

 

ABŞ -Alcolu dəyirman qəsəbəsində böyüyən 11 yaşlı Betty June Binnicker və 8 yaşlı Meri Emma Thames 24 mart 1944-cü ildə məktəbdən sonra velosipedlə çiçək yığmaq üçün kənddə gəzintiyə çıxırlar. Yolda onlar iki qaradərili uşaq görüblər. Bu uşaqlar inəklərini otarmaq üçün kəndə gedən yeddinci sinif şagirdi George Stinney Jr. və onun kiçik bacısı Amie idi. İki ağdərili qız və zənci uşaqlar öz aralarında kənd haqqında söhbət edib sonra yollarını ayırdılar. Elə həmin gün 74 il davam edən müəmmalı qətl hadisəsi baş verir.

 

Bu qətlin Corc tərəfindən qızları təqib edərək törədildiyi düşünülsə də, başqa bir ehtimal onların yaxınlıqdakı fabrik sahibinin oğlu tərəfindən öldürülməsi olub.

 

Polislər ağ qatili axtarmadılar. Həmişəki kimi qara adamın arxasınca gedirlər. Yeganə sübut Corcun qızlarla danışması olsa da, onu ən amansız qatil kimi göstərirlər. İki saat yarım davam edən ədalətsiz məhkəmədən sonra Corc bir daha görünmədi. Məhkəmə hamısı ağdərili ekspertlərdən ibarət münsiflər heyətinin qərarına əsaslanır.

 

Ölkənin hər yerindən insanlar Qubernator Olin D. Constona kiçik Corc Stinninin ölüm hökmü ilə bağlı məktublar yazıblar.

 

 

Qaradərililərə yetərincə hörmət edilmir və vətəndaş statusunun faydalarından belə faydalana bilmirdilər. Ona görə də qubernatorun vecinə deyildi. Edam məmurları uşaq qatili elan edildi. Lakin bu haqsız ölüm lazımi reaksiyanı almadı və bir müddət sonra ört-basdır edildi. Hadisə yalnız uşağın ailəsi və qaradərililər arasında yara izləri buraxdı.

 

Başqa bir ağrılı məqam Corc Stinni zənci olmaqla yanaşı kasıb olduğu üçün vəkilsiz və tamamilə tək mühakimə olunub.

 

Dəlillər çox az olsa da, buna hər hansı bir şəkildə məhəl qoyulmadı və ailə bir növ adam yerinə sayılmadı. Ortada ölən üç günahsız uşaq və bir sirr var idi, amma heç kimin vecinə deyildi. 14 yaşlı Stinni 20-ci əsrin ən gənc edam edilmiş amerikalısı kimi tarixə düşüb. O, edam olunanda şok cihazına çata bilmədiyi üçün oturduğu stula İncil qoyub, uzadıblar.

 

Boyu artırmaq üçün qoyulan İncil Corcun həbs olunduğu gündən ölənə qədər yanında saxladığı İncil idi. Ailəsi təhdid edilib, şəhəri tərk etmək əmri verildikdən sonra məhkəmədə iştirakına qadağa qoyulub.

 

Məhkəmədən əvvəl Corc ailəsi ilə sonuncu dəfə görüşmək imkanı olmadan 81 gün həbsdə qalıb. Çəkisi 40 kiloqram olan 14 yaşlı gəncin qaldıra bilməyəcək qədər ağır çəkiclə qətl törətdiyi iddia edilib… Öldürülən iki kiçik qıza çəkic o qədər dəymişdi ki, başları partlamışdı. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, kiçikdə zorlama və ya zorakılıq əlamətləri yox idi, lakin qismən böyükdə cinsi zorakılıq əlamətləri var idi. Cəsədlər palçıqlı suya atılıb və çəkic qızların velosipedlərindən təxminən 18 metr aralıda tapılıb.

 

Polisin bildirdiyinə görə, Stinney qızlardan biri ilə cinsi əlaqədə olmaq planı uğursuzluğa düçar olduqdan sonra Binnicker və Thamesi öldürdüyünü etiraf edib. 2014-cü ildə iş yenidən açılanda iş materiallarında onun etiraf etdiyini göstərən heç bir sənəd tapılmayıb. Corcun bacısı Amie tərəfindən yenidən açılan iş bu dəfə gec də olsa ədalətlə yekunlaşıb.

 

Lakin bu, 70 il gecikən bir nəticə idi.

 

 

Yenə də bu, bacısına təsəlli verirdi. Bu qətlə reaksiyalar arasında “83 Gün”, “The Current: The Story of George Stinney Jr.”, və “Green Mile” kimi filmlər də çəkilib.

 

Bu, o dövrdə qaradərililərin və onların ailələrinin əzablarının miqyasının ən konkret sübutlarından biridir.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...