“Red Bull Putini ruhlandırır" - Aktivistlər Rusiyanı tərk etməyən şirkəti ələ salıb - FOTO

“Red Bull Putini ruhlandırır

Ukrayna Həmrəyliyi Layihəsinin fəalları Avstriyanın Zalsburq şəhərində məşhur enerji istehsalçısının baş ofisi qarşısında “Red Bull Putinə qanad verir” (“Red Bull Putini ruhlandırır”) yazılmış nəhəng pankart açıblar.

 

Sfera.az bildirir ki, bu barədə beynəlxalq layihənin “Twitter” səhifəsində məlumat verilib.

 

Pankartda Rusiya prezidenti Vladimir Putin şirkətin loqosu olan öküzün üzərində sinəsi çılpaq mindiyi təsvir edilib. Fəallar işğalçı ölkəyə enerji içkilərinin hələ də verilməsinə etiraz ediblər. Fəallar qərargahdakı etiraz aksiyasından əlavə, müxtəlif idman növlərini təmsil edən 670 Red Bull idmançısına da müraciət ediblər. Onlar şirkətin Rusiyanı tamamilə tərk etməsinə kömək etməyə çağırıblar.

 

“Bununla (Rusiya bazarında qalmaqla) siz Kremldəki rejimə legitimlik vermiş olursunuz”- deyə fəallar şirkətə müraciətində vurğulayıblar.

 

Kollajda fəallar Putinin Qərb siyasətçiləri tərəfindən məsxərəyə qoyulan məşhur fotosundan istifadə ediblər. Şirkət isə öz növbəsində aksiyaya cavab olaraq “Red Bull”un 2022-ci ilin mart ayının əvvəlində bütün marketinq fəaliyyətlərini və Rusiyaya investisiyaları dayandırdığını bildirib. “Red Bull” Aİ və ABŞ-ın bütün sanksiyalarına əməl edir.

 

Xatırladaq ki, oktyabrın 22-də 78 yaşında avstriyalı milyarder və iş adamı Ditrix Matesşitz vəfat edib. O, enerji içkiləri istehsal edən “Red Bull” şirkətinin yaradıcısı, həmçinin iki Formula 1 komandasının və futbol klublarının sahibi olub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...