Saxta gülümsəmə belə xoşbəxtliyi artırır 

Saxta gülümsəmə belə xoşbəxtliyi artırır 

ABŞ-ın Stenford Universitetinin alimləri saxta təbəssümün insana təsirini araşdırıb.

 

Sfera.az bildirir ki, araşdırma üçün 19 ölkədən 3878 iştirakçı arasında təcrübə aparılıb.

 

Tədqiqat iştirakçılarının üçdə birinə ağızlarında qələm tutmaları, üçdə birinə gülümsəyən aktyorların şəkillərində görünən mimikaları təqlid etmələri, üçüncüsünə isə dodaqlarının kənarlarını qulaqlarına doğru hərəkət etdirmələri tapşırılıb. Hər qrupda iştirakçıların yarısı balaların, pişiklərin, çiçəklərin və atəşfəşanlığın gülümsəyən şəkillərinə baxaraq tapşırığı yerinə yetirib. İştirakçıların digər yarısı isə boş ekrana baxıblar. Təcrübənin məqsədini gizlətmək üçün tədqiqatçılar bir neçə başqa kiçik fiziki tapşırıq qarışdırıb və iştirakçılardan sadə riyazi misalları həll etmələri istənilib. Hər tapşırıqdan sonra iştirakçıların nə qədər xoşbəxt hiss etdikləri qiymətləndirilib.

 

Məlumatların təhlili göstərib ki, gülümsəyən fotoları təqlid edən və ya ağızlarını qulağına qədər çəkən iştirakçıların xoşbəxtliyi nəzərəçarpacaq dərəcədə artıb.

 

Tədqiqatın aparıcı müəllifi Nicholas Coles verdiyi açıqlamada: “Biz emosiyaları o qədər tez-tez yaşayırıq ki, bu qabiliyyətin nə qədər inanılmaz olduğuna heyran olmağı unuduruq. Amma emosiya olmadan insanlıq üçün nə ağrı, nə həzz, nə xoşbəxtlik, nə faciə, nə də qələbə var”-deyib.

 

“Gülümsəmək insanları sevindirə bilər, qaşqabaqlar isə qəzəbləndirə bilər; ona görə də duyğuların şüurlu təcrübəsi ən azı qismən bədən hisslərinə əsaslanmalıdır”-deyə alim əlavə edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...